• 10 yıl önce
 

Hörmətli Adnan Oktarın 23 sentyabr, 2013-cü il tarixli söhbətindən Rəhman surəsi ilə əlaqədar şərhləri.

ADNAN OKTAR:  Rəhman surəsi, 48-ci ayə, şeytandan Allaha sığınıram: "Növbə-növ incəliklərə"-deyir Allah. İncəlik nədir? Çox incə bəzəklər, çox incə gözəlliklərdir. Məsələn, fincanı götürürsən, fincanın qulpunda quşlar uçuşur. Bu, incəliklərdir. Məsələn, onun üstündə ekran var, baxanda sevdiyini görürsən. Xoşumuza gəlsin deyə bu cürə incəliklər vardır. Ya da şüşədən, kristaldan olan ev havada dayanır. Şüşə deyəndə əlbəttə ki, bildiyimiz adi şüşə deyil, cənnət şüşəsidir. Havada dayanır hansı ki, altında gəzmək olur, amma ev havada dayanır. Evə girmək istəyən adi halda qanadı olmalıdır, amma qanadsız olar, nə vaxt istəsə uçub gələrək içinə girər. Allah:  "İncəliklər və gözəlliklərə' (və ya hər növbənöv sıx ağaclara) sahibdirlər." -deyir. Allah Quranda necə də gözəl açıqlayır. Cənnət də gözəllikdir, dünya da gözəllikdir. Möminin hədəfi nədir? Gözəl olmaq, həmişə gözəllik. Gözəllik və sevgi bir-biri ilə əlaqədardır. Sevgi olmasa, gözəlliyin mənası olmaz. Gözəllik vardırsa, sevgi də vardır. Yəni, sevgi yoxdursa, gözəlliyin bir mənası olmaz. Gözəl nə üçündür? Sevilsin deyə gözəldir. Adamda sevgi yoxdursa, gözəlliyin nə mənası olar, Allah əsirgəsin.

Şeytandan Allaha sığınıram, Allahu Təala Rəhman surəsi, 50-ci ayədə belə buyurur:  "İkisində də iki axar bulaq vardır."  Cənnətdə iki məşhur mənbə var. Məhz bu mənbələr ola bilsin ki, bütün nemətlərin axdığı enerji kanalı da ola bilər. Çünki onsuz da hər yerdə mənbə və sular var. Kiçik-kiçik dərələr var. Cənnətdə bol suyun olması xüsusiyyətidir. Hər yerdə su vardır.

Rəhman surəsi, 52-ci ayə:  "İkisində də hər meyvədən iki cüt vardır."   Budur, burada da iki-iki deyilir. Quran həmişə ikiyə diqqət çəkir. Zülqərneyn hekayəsində də ikilər vardır. Hz. Xızır (ə.s)-da da, hər yerdə vardır. Mehdiyyətlə əlaqədardır bu.  "İkisində də hər meyvədən iki cüt vardır."  –deyir Allah. Yəni hər cür meyvələr var, lakin cüt haldadır. Məsələn, burada gördüyümüz meyvələrin hamısını orada görəcəyik. Amma buradakı kimi deyil. Yəni keyfiyyəti və dadı müqayisə edilməyəcək dərəcədə üstündür.

Rəhman surəsi, 54-cü ayə:  "Astarları, ağır işlənmiş atlasdan"  Necə işlənmiş? Yəni həddindən artıq incəliklərlə dolu bəzəklər var. Məsələn, atlasa yaxından baxanda gözəlliyindən az qala nəfəsimiz kəsilir. O qədər gözəl bəzədilmiş olacaq ki, kiçik bir parçası belə göz oxşayacaq. Təkamülçülər, Quranda təkamül olduğunu iddia edirlər. Təkamülçülərdən, bu atlasın təkamülləmi düzəldilib deyə soruşmaq lazımdır. Kim işləmiş (bəzəmişdir), onu da bir soruşmaq lazımdır.  "Döşəklərə dirsəklənəcəklər" -deyir Allah. Cənnətdə gözəl yataqlar var. Dünyada yorğunluğu öyrəndiyimiz üçün, bizdə yatağa qeyri-adi bir istək olacaq. Yastıq və kreslo istəyi (ehtiyacı) var. Məsələn, bir yerdən gələr-gəlməz insan dərhal oturmaq, söykənmək istəyir.  "Hər iki bağın meyvələri onlara yaxın olacaqdır."  Yəni budaqları dolu görərsən. Əlini bir meyvəyə uzadanda budaq ağıllı, şüurlu olduğuna görə insana doğru əyilər. Qopararsan, qoparanda dərhal o meyvə orada yenidən əmələ gələr. Burada meyvə ağaclarının hamısı getdi, çox az qalıb. Heyvalar, armudlar var, amma əvvəlki gözəlliyi qalmayıb. Keçən dəfə məcburiyyət qarşısında qalıb almaları yığdırdım, çünki yetişmişdir, tökülürdü. Bir müddət sonra yarpaqları da töküləcək. Cənnətdə isə nə yarpaq quruyar, nə də meyvə tökülər. Həmişə tərtəmiz, bol, xoş ətirli meyvələr olar.

 "Orada gözlərini (öz ərlərinə) dikmiş qadınlar vardır ki,"  Deməli, qadında baxış çox əhəmiyyətlidir. Ona görə sizin baxışlarınız çox gözəldir. Cənnətdə öyrəndiyiniz baxış olduğu üçün inşaAllah, Allah onu fitrətinizdə yaradır, maşaAllah.  "Orada gözlərini (özərlərinə) dikmiş."  Yəni başqasına deyil, yalnız öz ərinə baxar. Əgər başqasına da baxsa dəyəri qalmaz. Ona xüsusi dərin bir baxışla baxırsa, deməli onu çox sevir deməkdir. (Baxış)Yoldaşa, şiddətli sevgiyə xas bir əlamət sayılır. O da özünə aid olduğuna görə, ondan çox xoşlanar, məmnun qalar.

Rəhman surəsi, 58-ci ayə:  "Onlar sanki yaqut və mərcan kimidirlər."  –deyir Allah. Yəni yaqut necədir? Qırmızı, tərtəmiz parlaq, göz oxşayan daş-qaşdır. Mərcan da elədir, göz oxşayar. Qadınlar taxdıqları bu zinətlə mərcanlar kimi, yaqutlar kimi tərtəmiz parlayarlar. İstər dəriləriylə, gözlərinin gözəlliyilə, dodaqlarının gözəlliyilə, burunlarının gözəlliyilə ləl-cəvahirat kimi insan olduğu aydın olur. İnsandır, amma ləl-cəvahiratı xatırladır. Cənnət qadınları göz qamaşdırıcıdırlar. Ləl-cəvahirat insanı necə hipnoz edirsə, oradakı qadınlar da elədir, göz qamaşdırar, insanı sanki hipnoz edər. O qədər gözəl incəlikləri var.

Rəhman surəsi, 62-ci ayə:  "Bu ikisindən başqa daha iki Cənnət bağı da vardır."  Cəmi dörd

Category

🗞
Haberler

Önerilen