Gəncəlilər yeni icra başçısı haqqında nələr deyirlər? - Gündəlik Xəbərlər (29.08.2018)

  • 6 years ago
"Uşaq bağçalarının qənimi, Paşayevlərin nümayəndəsi, göz oxşayan icra başçısı, işinin peşəkarı, Gənclər və İdman nazirinin qudası" - bunlar Gəncəyə yeni təyin olunan icra başçısı Niyazi Bayramovun haqqında sosial şəbəkələrdə yazılanlardır. Gəncəyə təyin olunan yeni icra başçısından gözləntilər nədir? Müstəqil şərhçilər ciddi islahatların olmayacağını düşünrülər. Bəs gəncəlilərin istəkləri nədir? CANLI xəbərlərdə bugünkü mövzumuz Gəncəyə yeni təyin olunan icra hakimiyyəti başçısından gözləntilərdir - Cənub zonasında baş vermiş son zəlzələ 100-ə yaxın evə ziyan vurub. Çatlar yaranan evlərin 30-da problem ciddidir. Bu barədə rayon icra başçısının müavini məlumat verib - Bir müddət Azərbaycanda pensiya yaşı qaldırılmışdı. İndi isə Rusiyada buna cəhd edirlər. Baş nazir Medvedevin dəstəyi ilə pensiya yaşının arıtırlması bir neçə aydır, Rusiyada gərginlik mövzusudur. Putin isə məsələyə müdaxilə edərək, pensiya yaşının yeni qanun layihəsində göstəriləndən daha az artırılacağını bildirib - Gündəlik Xəbərlərə baxırsınız:

0:48 - "Uşaq bağçalarının qənimi, Paşayevlərin nümayəndəsi..."
3:28 - Dünənki zəlzələdə 100-ə yaxın evdə çatlar yaranıb
5:21 - Rusiyada pensiya yaşı artırılır
7:12 - Sovetskidə divarın iki üzü
11:21 - Gəncəlilər yeni icra başçısından nə gözlədiklərini deyirlər

Recommended