• vor 4 Jahren
Musiqi / Music : Qəmbər Hüseynli (1916-1961)
Sözləri / Lyrics : Cəfər Cabbarlı (1899-1934)

Bir mən idim, bir sən idin, bir də yamaclar,
Meşə yolu, yarpaq kolu, yaşıl ağaclar…
Onda ki, ağ omuzlara töküldü saçlar,
Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı…

Bir biz idik, bir düz idi, bir də al boya,
Dağ başında uçan quşlar endilər çaya.
Sən dedin ki, bütün dünya dönsün, qoy, toya!
Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı,
Ürəyimdə kaman kimi tellər oynadı.

Kategorie

🎵
Musik

Empfohlen