• last year
Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi "Ya Əli Əkbər" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Hacı Arif Buzovnalı
Mus : Hacı Nasir Məddah
Aranj : Fəriborz Xatəmi

Sözlər :

Ya Əli Əkbər
Ya Əli Əkbər
Zinəti Heydər
Şibhi Peyğəmbər

Canını ey can, eylədin qurban
Düşmənin bi rəhm, sən susuz ətşan
Qanilə doldu Kərbəla hər yan
Qopdu ol dəmdə sandılar məhşər

Qətlini, niyzə eylədi parə
Müşgbar cismə vurdular yarə
Qönçəyi şuxi, tən tutub xarə
Eylədi yeksan bi həya ləşgər

Çeşmi yavərdə gəldi yaş cuşə
Ol lətif cismin aldı ağuşə
Öpdü çeşmindən gəlmədin huşə
Çəkdi min nalə ol şəhi muztər

Ondaki deşdi sinəni şəmşir
Eylədin təkrar ayəyi təkbir
Duydu bu sovti Zeynəbi qəmgir
Dərdi faş oldu xatiri sərvər

Ruhi qudsiyyən yetdi cananə
Can verib həqqə mərdi mərdanə
Şiələr cümlə gəldi əfqanə
Cismini ta ki, gördülər bisər

Arifin gözdə qalmayıb yaşı
Möhnəti qəmdir dostu sirdaşı
Bilməyin ani eşqidə naşı
Olmuş ustadı ol pəri peykər


Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

Telegram
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #YaEliEkber #SeyyidTalehYaEliEkber

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Category

🎵
Music

Recommended