• last year
Seyyid Taleh Boradigahinin yeni mərsiyyəsi "Ələmdari Hüseyn" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Qudsi
Mus : Hacı Nasir Məddah
Aranjıman : Fəriborz Xatəmi

Ey Əbəlfəzl Ələmdari Hüseyn
Sənə qurban ola zəvvari Hüseyn

Saxlamışdın başım üstündə ələm
Sənə xatir cəm idi Əhli Hərəm
Nə qədər sağidin ey mehri uməm
Qoymadın xar ola gülzari Hüseyn

Kəsdilər zülm ilə taki yolunu
Tutdular tiğ ilə saği-solunu
Saldılar firqeyi üdvan qolunu
Ağladı dideyi xünbari Hüseyn

Rahi eşqində qolun oldu qələm
Hüsnü vəsfin elədi şərhi rəqəm.
Sən olubsan bilirəm mehri uməm
Munşeyi dəftəri tumari Hüseyn

Bar İlaha bihəqi xətmi Rəsul
Eyləmə sən bizi məhşərdə məlul
Bi riya təziyəni eylə qəbul
Bihəqi arizi gülnari Hüseyn

Sən öləndən sonra ey mehri munir
Gəldilər qətligaha qövmi şərir
Əhli-Beyti eylədi Şimr əsir
Xar olub Abidi Bimari Hüseyn

Necə İbrahimə nar oldu hunud
Bizədə rəhm eylə ya Rəbbi Vədud
Qoyma nalə edə əflakə suud
Bihəqi ahi şərərbari Hüseyn

Təkyəvu məscit olub şuri fəza
Tutarıq biz sənə hər ildə əza
Qoyma zülmətdə bizi ruzi cəza
Ey olan mehri nurənvari Hüseyn

Gülşəni “Qudsə” gəlib bülbülü zar
Eyləyə şuri nəvani izhar
Gördü biçarə qalıb zari fikar
Verdi bəs quvvəti qoftari Hüseyn

Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

Telegram
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #ElemdariHuseyn #SeyyidTaleh

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Category

🎵
Music

Recommended