• last year
Seyyid Taleh Boradigahinin yeni ilahisi "Gəl Ələmdarım Ölüb" YouTube'da yayında.

Fəaliyyətimizlə tanış olmaq üçün Youtube kanalımıza abunə olun⤵️
http://www.youtube.com/seyyidtalehboradigahi

Söz : Şaaki
Beste : Ahəngəran
Aranj : Fariborz Khatami
Klip : Doruk Medya


Gəl belim sındı bacı, ağla ələmdarım ölüb
Dur ayağa, ciyərim yandı, sipəhdarım ölüb

Ağla sərdarım ölüb
Gəl ələmdarım ölüb

Bacı gəl rövnəqi pərgarı cəlalım dağılıb
Gülşəni ali Əli zülmü sitəmlə dağılıb
Qəddi şəmşad ələmdar, ələm tək yıxılıb
Ağla bacı, necə gör qafilə salarım ölüb

Saldı atdan üzü üstə ədu meydana bacı
Qolların bir tərəfə, cismini bir yana bacı
Lalə tək başdan ayağa boyanıb qana bacı
Oldu bağrım daxi qan, nasiri qəmxarım ölüb

Gəlməyi olmadı mümkün bacı, yandırdı məni
O qədər yara vurublar dağılıb gül bədəni
Parə-parə quru yer üstə qalıb, yox kəfəni
Parələndi ciyərim yarı vəfadarım ölüb

Dur belin bağla, əsir olmağa dilyarə bacı
İzzətin getdi daha, sal başına qarə bacı
Səni həsrət elədi düşmən ələmdarə bacı
Bircə qaldım bacı mən, cümlə həvadarım ölüb

Ağlamaqdan tutulub gəlməyir ey bacı səsim
Kəsrəti dərdi dilimdən kəsilibdir nəfəsim
Qalmadı ah mənim bircə nəfər dad rəsim
Varisi mənqəbəti Heydəri Kərrarım ölüb


Facebook
http://wedia.link/7uUqF

instagram
http://wedia.link/p3N5X

Tiktok
http://wedia.link/C7OzV

Twitter
http://wedia.link/ZuDU3

Telegram
https://t.me/seyyidtalehbakui


(tam adı: Asadov Tale Mirhadi oğlu) - Azərbaycanlı ilahiyyatçı - din xadimi; Əhlibeyt (a,s) Məddahı, mərsiyyəxan.
”Azərbaycan İlahi nəğmələr qrupu” -nun rəhbəri.

Asadov Taleh Mirhadi oglu 1988-ci il avqust ayının 2-si, Masallı rayonunun Boradigah qəsəbəsində dünyaya göz açıb. Dindar ailədə böyüyən Tale, uşaqlıqdan dini elmlərə, mərsiyyəyə maraq göstərib. Ailəsi ilə Rusiyada yaşadığına görə təqribən 8-9 yaşında ikən məhərrəm ayında məsciddə mərsiyyə oxuyarmış. Orta məktəbin yarısını Rusiyada, yarısını isə Masallı rayonu Boradigah qəsəbəsində yerləşən Nizami Gəncəvi adına 1 saylı orta məktəbdə oxuyub. Atasından dini təhsil alan Tale 16-yaşında ikən Bakıya köçür və orada İslam universitetinə daxil olur. Gənc yaşlarında artıq tanınmağa başlayır və fəaliyyətini islami toy məclislərində davam etdirir. Ailədə 3 qardaşdırlar. İki qardaşınada ustadlıq edən Tale onları da Əhlibeyt Meddahı yetişdirir. Seyyid Fariq ve Seyyid Peyman Talenin dogma qardaşlarıdır və hər ikisi Əhlibeyt Məddahıdırlar.


#SeyyidTalehBoradigahi #GelElemdarimOlub #SeyyidTaleh

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

Category

🎵
Music

Recommended