• 2 days ago
Xumar Qədimovanın yeni mahnısı "Ruhunla Yaşayıram" YouTube'da yayında.
Musiqi: Xumar Qədimova
Söz: Fəxrəddin Ziya

[Bənd 1]
Elə bilmə unudulub o günlər
Hər xatirən bir sehrdir, tilsimdir
Mizrabından ayrı düşmüş siməm mən
Köklənmərəm, çalınmaram, ha dindir!

[Nəqərat]
Kaş, görəydim sən yaşayan yeri mən!
Bəxtəvərmiş kölgə kimi sürünən
Elə sənsən gözlərimə görünən
Qulağıma gələn doğma səsindir
Köklənmərəm, çalınmaram, ha dindir!

[Bənd 2]
Ruhundurmu yenə çıxan qarşıma?
Ürəyimdə başlar həzin oxşama
Səma kimi saçlarımı oxşama
Gözlərindən ürəyimə əsimdir

[Nəqərat]
Bəlkə ömrün yox mənası kədərsiz?!
İndi heçəm mən sənsiz, sən mənsiz
Hərdən qəlbin bir kimsədən xəbərsiz
Məni deyib döyünürsə bəsimdir
Məni deyib döyünürsə bəsimdir
Gözlərindən ürəyimə əsimdir
Köklənmərəm, çalınmaram, ha dindir!

➤Instagram: https://www.instagram.com/xumarxuxu/
➤TikTok: https://www.tiktok.com/@xumarqedimovaofficial
➤Apple Music: https://apple.co/42og5Et
➤Spotify: https://spoti.fi/3SmP4wL
➤Deezer: https://bit.ly/3ufOwR5
➤Amazon Music: https://amzn.to/3SpiTwE
➤Shazam: https://bit.ly/42jRalB

Kanaldakı Videolar "WediaCorp Azərbaycan" Şirkəti Tərəfindən Müəllif Hüququ ilə Qorunur.
Hörmətlə: "WediaCorp Azərbaycan" Sizlərin dəyərini qazanan və sizlərə dəyər verən №1 şirkət!

#XumarQədimova #Xumar #RuhunlaYaşayıram

Category

🎵
Music

Recommended